...

Dağıstan prezidenti Azərbaycana səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2007 14:21 (UTC +04:00)
Dağıstan prezidenti Azərbaycana səfər edəcək

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Aprelin 30-da bir günlük səfərlə Dağıstanın prezidenti Muxu Əliyevin Azərbaycana səfəri baş tutacaq. Bu barədə çərşənbə günü Bakıda mətbuat konfransında Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin rəhbəri Yuri Şedrin məlumat verib.

Onun sözlərinə görə, səfər zamanı nəzərdən keçiriləcək əsas məsələ sərhədyanı əməkdaşlıq olacaq. "Bu məsələ ilə bağlı bir sıra, həmçinin sərhədlərin delimitasiyası ilə bağlı problemlər var. Həmçinin körpü və avtomobil yolunun gələcək müasirləşdirilməsi məsələsinə də baxılacaq", - deyə Şedrin bildirib.

Onun fikrincə, son illərin tendensiyası göstərir ki, Azərbaycan və Dağıstan arasında mal dövriyyəsi kifayət qədər aşağı səviyyədədir və ümümi Azərbaycan-Rusiya mal dövriyyəsinin 10%-ni təşkil edir.

"Ölkələr arasında sərhədyanı əməkdaşlığı nəzərə alaraq ehtiyatlar kifayət qədərdir. Bu da ticarət münasibətlərinin inkişafı imkanından xəbər verir", deyə o bildirib.

Azərbaycan və Dağıstan arasında həmçinin həm Dağıstan, həm də Azərbaycanın şimal hissəsində (Xaçmaz, Quba, Qusar) yaşayan həmyerlilərlə bağlı problemlər də mövcuddur.

Xəbər lenti

Xəbər lenti