...

Xalq Bank Nizamnamə Kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2007 20:28 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "'Xalq Bank'' ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb. Bu barədə cümə axşamı Bakı Fond Birjasının yaydığı məlumatda göstərilib. Emissiyanın həcmi 17,3 mln. AZN, bir səhmin nominal dəyəri 25 AZN təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə keçiriləcək. Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində "ADB Broker" MMC çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti