...

Azərbaycan 2007-ci ildə 500 min ton taxıl idxal edə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2007 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycan 2007-ci ildə 500 min ton taxıl idxal edə bilər. Bu barədə cümə günü mətbuat konfransında Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib.

Azərbaycanda Taxıl Fondu yaradılmasının zəruriliyini şərh edən nazir bildirib ki, Bakıda fəaliyyət göstərən taxıl terminalı nöqteyi-nəzərindən bu məqsədəuyğundur. Abbasov hesab edir ki: "Dövlət büdcəsindən taxıl fondunun yaradılması üçün xüsusi vəsait ayrılmasına ehtiyac yoxdur".

Bundan əlavə, ölkədə kənd təsərrüfatı sahəsində aparılan islahatlar hesabına taxıl istehsalının artacağı gözlənilir.

2007-ci ildə Azərbaycanda taxıl istehsalı 2 mln. ton həcmində proqnozlaşdırılır. Ölkənin taxıla olan təlabatı isə 3 mln. tondur.

Xəbər lenti

Xəbər lenti