...

Birinci rübdə "A-GROUP"un sığorta mükafatları 1,17 mln. AZN-dən çox olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2007 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Yanvar-mart aylarında "A-GROUP" şirkətinin sığorta mükafatları 1,178 mln. AZN təşkil edib. Bu barədə şirkətin yaydığı məlumatda bildirilir. Mükafatların əsas hissəsi könüllü səhiyyə sığortasının payana düşüb.

Sənəddə qeyd olunur ki, intensiv artım avtomobillərin kompleks sığortası və əmlak sığortası sahəsində müşahidə edilir. Bu növlər üzrə mükafatların məbləği ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 3 və 5 dəfə artıq olub.

Onu da bildirək ki, müvafiq müddət ərzində şirkətin həyata keçirdiyi ödəmələrin ümumi həcmi 549,8 min AZN təşkil edib.

Aprelin 1-nə olan məlumata əsasən, "A-GROUP"un nizamnamə kapitalı 1,55 mln. AZN-ə bərabərdir.

Xəbər lenti

Xəbər lenti