...

"ParaBank" "Millikart"dakı səhmlərinin bir hissəsini AYİB-ə satacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2007 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / "Parabank" Səhmdar Kommersiya Bankı Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) "Millikart" Məhdud Məsuliyyətli Cəmiyyətindəki səhmlərinin böyük hissəsini satmağa hazırdır. Bu barədə bank dairlərindən məlumat veriblər. Qeyd edək ki, "Millikart" təsis edilən zaman (14 iyul 2006-ci il) "ParaBank" 10 faizlik iştirak payı ilə səhmdarlar arasında yer alıb. Lakin bir müddət sonra o səhmlərin 9 faizini satmaq niyyətini açıqlayıb.

Səhmdarlar yerli bankların və beynəlxalq təşkilatların "Millikart"a maraqığnı nəzərə alaraq buna qarşı çıxmayıblar.

Xarici qurumlar arasında daha böyük marağı AYİB göstərib. Belə ki, bu bank "Millikart"ın kapitalında iştirak etməyə rəsmi razılığını verib.

Güman olunur ki, AYİB 2007-ci ilin ikinci, ya üçüncü rübündə səhmdar qismində iştirak edəcək.

Hazırda "Millikart"la AYİB arasında iştirak payı və investisiyaların həcmi ilə bağlı danışıqlar gedir.

Beynəlxalq maliyyə institutunun "Millikart"ın səhmləri arasında yer alması təsisçilər tərəfindən yekdilliklə qəbul edilib. "Millikart"da hesab edirlər ki, bu, qurumun inkişafına əlavə təkan verəcək.

AYİB-ə təklif olunan səhm paketinin nominalı 360 min manat həcmində dəyərləndirilir. Lakin hələlik aksiyaların nominal, yaxud mükafatlarla verilməsi məsələsi açıq olaraq qalır.

Hazırda bankların "Millikart"da minimal iştirakı 1 faiz, maksimal isə 10 faiz təşkil edir. 18 səhmdar tərəfindən formalaşdırılan kapital 4 mln. manata bərabərdir.

"Millikart"ın təsisçiləri arasında "Atabank", "Azərdəmiryolbank", "Azərtürkbank", "Bank of Baku", "CIBank", "Debütbank", "Əmrahbank", "Xalqbank", "Kredobank", Azərbaycan Mikromaliyyələşdirmə Bankı, "ParaBank", "Rabitəbank", "Bank Respublika", "Bank Standard", "Texnikabank", "Turanbank", "UniBank" və "Zaminbank" yer alır.

Xəbər lenti

Xəbər lenti