Azərbaycan, Bakı/ Trend . müxbir Ü.İsmayılova/Azərbayacanın Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov çərşənbə günü bildirib ki, düzgün normativlərlə aparılmayan tikintilərdə iş dayandırılıb.
"Bu binaların sonrakı taleyi məhkəmə orqanlarının FHN əməkdaşları ilə aparacağı araşdırmadan asılıdır",-deyə nazir bildirib.
FHN araşdırmalarının yekununa əsasən bir çox tikintilərdə normativlərə əməl olunmur.
"Bakı Şəhər İcra hakimiyyətinin Arxitektura və şəhərsalma baş idarəsindən ekspert rəyi almayan binaların tikintisi dayandırılıb",-deyə Heydərov söyləyib.