...

"Basak-Inam" əmlakın sığortalanması üzrə əməliyyatları artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2007 15:46 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend / "Basak-İnam" birgə sığorta şirkəti ipoteka kreditləşməsinin obyekti olan əmlakın sığortalanması üzrə əməliyyatları artırıb. Cümə axşamı şirkətdən verilən məlumata əsasən, şirkət ilin əvvəlindən əmlak üzrə 30 riski sığortalayıb.

Əmlakın sığortalanması üzrə faiz göstəriciləri 0,2 faizdən 0,34 faizədək dəyişib.

Xidmət "Sığorta Turan bank", "Texnikabank", "Bank of Baku", "Bank Respublika", "Azərbacan Kredit Bankı", "Azər-Türk Bankı"nın müştəriləri üçün həyata keçirilib.

"Basak-İnam"ın sığorta haqları birinci rübdə 0,86 mln. manat, ödəmələri isə 0,23 mln. manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti