...

Bakıda yeni yeraltı keçidin açılışı keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2007 13:13 (UTC +04:00)
Bakıda yeni yeraltı keçidin açılışı keçirilib

Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ Cümə axşamı günü Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Səməd Vurğun küçəsində yerləşən yeni yeraltı keçidin açılışı keçirilib.

2006-ci ildə başlayan tikinti işlərinə 1 milyon manata yaxın vəsait xərclənib.

Yeraltı keçidin iki çıxışı var- "Təzə Bazar" bazarına və Dövlət Sirki istiqamətinə.

Uzunluğu 38,5 metr olan keçidin inşası üçün avadanlıq İran, Türkiyə və Afrikadan gətirilib.

Xəbər lenti

Xəbər lenti