...

Quş qripi ilə bağlı Azərbaycanda növbəti monitorinq başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2007 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Bazar ertəsi Azərbayacanada quş qripinin yayılmasına qarşı mübarizə çərçivısində növbəti, 7-ci monitorinqə başlanılıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən məlumat verilib.

Monitorinq Baytarlıq Xidməti, Ekologiya və Səhiyyə nazirlikləri, Ovçular Cəmiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssislərindən ibarət xüsusi komissiya tərəfindən aparılır.

Bu gün monitorinq Abşeron yarımadasında aparılıb. Sabah isə Dəvəçidə monitorinq aparılacaq. Növbəti monitorinqlər isə Salyan, Ağcabədi və Lənkərandakı milli parkları əhatə edəcək. Monitorinqlər mayın 26-da başa çatacaq. Monitorinq zamanı götürülmüş laborator nümunələrin cavabı iyunun 2-də elan olunacaq.

"Bizim qiymətləndirməmizə görə, bu gün ölkədə quş qripi ilə bağlı vəziyyət stabildir", - deyə Dövlət qurumunun mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəliyev bildirib.

2006-cı ildən etibarən Azərbaycanda 10-dan yuxarı monitorinq keçirilib və nəticədə virus aşkar olunmayıb. Buna baxmayaraq ölkənin bütün sərhəd-keçid məntəqələrindəki baytarlıq xidmətləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Vəhşi quşların ovu, satışı və istifadəsinə qoyulmuş qadağa qüvvədədir.

Xəbər lenti

Xəbər lenti