...

"MBASK" sığorta şirkəti fəaliyyət strategiyasını dəyişir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2007 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Azərbaycanın ən iri sığorta şirkətlərindən biri olan "MBASK" fəaliyyət strategiyasını dəyişir. Belə bir bəyanatla çərşənbə axşamı keçirilən brifinqdə "MBASK" İdarə Heyətinin sədri Cəmil Məlikov çıxış edib.

Məlikovun sözlərinə görə, "MBASK" çoxluq təşkil edən özəl müştərilərin sığortalanmasına doğru istiqaməti dəyişir. "Əvvəllər biz əsasən korporativ müştərilərə sığorta xidmətləri göstərən şirkət kimi inkişaf edirdik" - deyə o bildirib.

"MBASK" 1992-ci il dekabrın 23-də qeydiyyatdan keçib. Şirkət istər korporativ, istər də özəl müştərilərin sığorta tələbatlarını əhatə edən ən faydalı və effektiv xidmətlər təklif edir.

"MBASK" ölkədə özəl müştərilər üçün Qərb standartlarına uyğun xidmətlər tətbiq edən ilk şirkət olub.

Xəbər lenti

Xəbər lenti