...

Tbilisidə Azərbaycan, Qazaxıstan və Gürcüstan nəqliyyat nazirlərinin görüşü keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2007 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend S.Əliyev/ Bu gün Tbilisidə Azərbaycan, Qazaxıstan və Gürcüstan nəqliyyat nazirlərinin görüşü keçirilir. Bu barədə respublikanın Dövlət Dəmir Yolu İdarəsindən (ADDY) məlumat verilib.

ADDY-dən verilən məlumata əsasən, görüşdə Bakı-Tbilisi-Qars marşrutu üzrə dəmir yolunun açılması layihəsinin texniki məsələləri, Xəzər üzrə daşımalar və əməkdaşlığın digər sahələri barədə müzakirələrin aparılması nəzərdə tutulur.

Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsi çərçivəsində Gürcüstana artıq 50 mln. dollar təqdim edib. Hazırda Türkiyənin "Yukcell Domonik" şirkəti yolun Gürcüstan hissəsinin texniki-iqtisadi əsaslandırması (TİƏ) üzərində hazırlıq işlərini davam etdirir. Bu şirkət artıq Türkiyə sahəsinin TİƏ-ni başa çatdırıb. Mayın ortalarında isə Gürcüstan ərazisində dəmir yolunun yenidən qurulması layihəsinə dair TİƏ-nin hazırlığını başa çatdıracaq. Gələcəkdə tender elan eilməsi nəzərdə tutulur. Beləliklə, bilavasitə tikintini iyulda başlamaq planlaşdırılır.

Azərbaycan hökumətindən layihənin koordinatoru Nəqliyyat Nazirliyi təyin olunub. Hökumətdən Gürcüstana 200 mln. dollar məbləğində kredit ayrılacaq. Vəsaitlər Azərbaycan Dövlət Neft Fondundan təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti