...

AYİB ticarətin maliyyələşdirilməsi üçün "AGBank"a kredit xəttini genişləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2007 11:05 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və "Azəriqazbank" ("AGBank") 4,5 mln. dollarlıq kreditin ayrılmasına dair saziş imzalayıblar. Bu barədə AYİB-in yaydığı məlumatda bildirilir. Sazişin imzalanması mərasimi bu həftə Kazan şəhərində Avropa bankı idarəçilərinin illik iclası zamanı keçirilən biznes-forum çərçivəsində baş tutub.

Yeni müqaviləyə əsasən, AYİB "AGBank"ın öhdəliklərinə (beynəlxalq ticarətin maliyyələşdirilməsi ilə bağlı) dair təminatlar verməklə yanaşı, ixrac-idxal əməliyyatlarının maliyyələşdirilməsi üçün resurs bazasını genişləndirəcək.

Avrobankın maliyyə paketi "AGBank"a müştəri bazasının genişləndirilməsinə yardım göstərəcək və kiçik sahibkarlıq subyektləri üçün uzunmüddətli kreditlər vermək imkanı yaradacaq.

Kredit xətti həmçinin treninqlər proqramı və bank prosedurlarının təkmilləşdirilməsi ilə müşahidə olunacaq.

AYİB-in maliyyə institutları üzrə biznes-qrupun direktoru Kurt Qayqerin sözlərinə görə, yeni maliyyə paketi genişlənən bank sisteminin inkişafına, ölkənin aparıcı özəl banklarının möhkəmləndirilməsinə xidmət edəcək. "AGBank"in kredit xətti bir çox kiçik sahibkarlıq subyektləri üçün maliyyə resurslarına çıxışı asanlaşdıracaq. Qayqerin sözlərinə görə, bu, Azərbaycan iqtisadiyyatının diversifikasiyasına öz tövhəsini verəcək.

Qeyd edək ki, bu kredit əvvəllər "AGBank"a kiçik sahibkarlıq subyektlərinin dəstəklənməsi və ticarətin maliyyələşdirilməsi üçün ayrılan 6 mln. dollara əlavə olunub.

Xəbər lenti

Xəbər lenti