...

Parabank Nizamnamə Kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 May 2007 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Parabank" ASC-nın adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. Bu barədə Bakı Fond Birjasının məlumatında göstərilib.

Emissiyanın həcmi 4,5 mln. manat təşkil edir, bir səhmin nominal dəyəri isə 200 manatdır.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək. Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində "AzərİnterTreyd" MMC çıxış edcəcək.

Səhmləri əldə etmək istəyən şəxslər "Bakı Fond Birjası" QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.

Nizamnamə Kapitalının artırılması Azərbaycan Milli Bankının 1 iyul 2007-ci il tarixdən etbiarən ölkədə fəaliyyət göstərən hər bir bankın ümumi kapitalının 10 mln. manatdan az olmaması ilə bağlı normativlərinə əsasən həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti