...

"Bakı ağırlaşdırıcılar" zavodu özəlləşdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 May 2007 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Dövlət Əmlakının idarə olunması üzrə Dövlət Komitəsi "Bakı ağırlaşdırıcılar" Zavodunun 99,59 faiz səhmlərini investisiya müsabiqəsi yolu ilə

Özəlləşdirilməsini elan edib. Bu barədə məlumatı Dövlət Komitəsindən veriblər.

Müsabiqəyə çıxarımş səhm paketinin 14,59 faizi qapalı yazıma ilə müəssisənin əmək kollektivinə verilib.

İyunun 27-də müsabiqə təkliflərinin açılşı olacaq. İyunun 25-nə qədər isə iştirak sənədləri qəbul olunur.

Qalib müəyyən olunarkən bu sahədə qabaqcıl təcrübəyə malik olan və daha çox, effektiv investisya qoyuluşu həyata keçirməyi təklif edən iştirakçıta üstünlük veriləcək.

İnvestor dövlət büdcəsinə 500 min manat köçürməli və Dövlət Komitəsinə 35 min özəlləşdirmə çeki verməlidir. İnvestorun niyyətinin ciddiliyini göstərmək üçün eyni zamanda 150 min manatlıq bank zəmanəti təqdim etmək lazımdır.

İştirakçıların investisiya proqramınada həmçinin yüksək keyfiyyətli ağırlaşdırıcı istehsalı üçün görüləcək investisiya tədbirlərinin həcmi və istiqamətlər göstəriməlidir

Prezidentin 22 mart 2001-ci il yanaacaq-energetika kompleksindəolan müəssisələrin özəlləşdirilməsi barədə sərəncamı üzrə 951516 ədəd ümumi səhm buraxılışı ilə müəssisənin Nizamnamə Kapitalı mayın 1-nə 1903032 manat təşkil edir. Bir səhmin nominal dəyəri isə 2 manat müəyyən olunub.

"Bakı ağırlaşdırıcılar" ASC-nin öhdəlikləri 22671,07 manat, debitor borcaları isə - 780596,31 manatdır.

Müəssisə 1946-cı ildən fəlaiyyət göstərir və işçilərinin sayı 62 nəfərdir. Müəssisənin fəaliyyət dairəsinə barıt və dəmir ağırlaşdırıcıları, tozvari betonit gili və sönməmiş əhəng istehsalı daxildir.

Xəbər lenti

Xəbər lenti