...

Sığorta şirkəti Azərbaycan İpoteka Fondunun qiyməti ilə razı deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2007 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ "BE" sığorta şirkəti ipoteka kreditləşməsi əmlakının sığortalanması zamanı problemlə üzləşib. Bunu cümə axşamı şirkətin direktor müavini Əfqan Murtuzayev bildirib.

Murtuzayevin sözlərinə görə, hələ fevral ayında keçirilmiş audit yoxlamasından sonra heç bir problem aşkar olunmayıb və şirkət Maliyyə Nazirliyindən bu növ sığorta üçün lisenziya alıb.

O qeyd edib ki, şirkətin müştərisi ölkənin aparıcı banklarından ipoteka krediti alarkən əmlakın "BE

BankdAn qeyd ediblər ki, Azərbaycan İpoteka Fondu (AİF) tərəfindən təqdim olunmuş siyahıda bu şirkətin adı yoxdur.

AİF seçilmiş 23 müvəkkil bank təşkilatı vasitəsilə ipoteka kreditlərini maliyyələşdirir.

İpoteka Fondundan təsdiq ediblər ki, həmin şirkət həqiqətən də bankların işlədiyi sığorta şirkətlərinin siyahısında göstərilməyib. Bu siyahıda 10 aparıcı sığorta şirkətinin adı göstərilib, siyahı AİF tərəfindən Azərbaycanın sığorta şirkətlərinin xidmətləri və işlərinin keyfiyyəti üzrə hazırlanıb.

Hazırda Azərbaycanda 29 sığorta şirkəti fəaliyyət göstərir.

Murtuzayev bildirib ki, yaranmış vəziyyət qeyri-sağlam rəqabətin mövcudluğunu, həmçinin iri şirkətlərin kiçik və orta şirkətləri bazardan kənarlaşdırmaq istəyini göstərir. O həmçinin ipoteka kreditləşməsi əmlakının sığortası üçün Fondun şirkətləri seçmə meyarlarının əsassız olduğunu söyləyib.

Azərbaycanda sığorta şirkətlərinin ən az nizamnamə kapitalı 700 min manat, ipoteka kreditinin maksimum həcmi isə 50 min manatdır. "Belə ki, Azərbaycanda ən zəif sığorta şirkəti belə ipoteka kreditləşməsi əmlakını sığorta edə bilər" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti