...

Azərbaycan sahibkarları vergi yükünün azaldılmasının tərəfdarıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2007 18:16 (UTC +04:00)
Azərbaycan sahibkarları vergi yükünün azaldılmasının tərəfdarıdır

Azərbaycan, Bakı /müxbir Trend İ.Xəlilova / Azərbaycan Sahibkarlarının Milli Konfederasiyası (ASMK) Vergi Məcəlləsi ilə bağlı təkliflərin hazırlanmasına başlayıb. Vergi Məcəlləsinə dəyişikliklər parlament tərəfindən 2008-ci il dövlət büdcəsi çərçivəsində təsdiq olunacaq.

ASMK rəhbəri Ələkbər Məmmədovun məlumatına əsasən, əvvəlki illərdə olduğu kimi, işgüzar dairənin təklifləri sentyabrda təqdim olunacaq.

"Biz gələn il vergi yükünün azaldılması ilə bağlı təklif vermək istəyirik, ƏDV və gəlirə görə vergi üzrə faizlərin yenidən nəzərdən keçirilməsi üzrə təkliflər hazırlamışıq. Bu yaxınlarda Bolqarıstanda olmuşuq. Orada gəlirə olan vergi 14 faiz təşkil edir. Hesab edirik ki, Azərbaycanda vergi yükünün azaldılması vergi ödəyicilərinin sayının artmasına səbəb olacaq. Buna görə də dövlət vergi faizlərinin azaldılmasından uduzmayacaq", - Məmmədov belə hesab edir.

Onun sözlərinə görə, gəlirə görə vergi üzrə faizlərin 16-18 faizədək, ƏDV üzrə isə 14 faizədək azaldılması təklif olunacaq. Hazırda gəlirə olan vergi 22 faiz, ƏDV üzrə isə 18 faiz təşkil edir.

ASMK-nin rəhbəri hesab edir ki, Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayrılmaları üzrə faizin də Azərbaycan üçün yüksək olduğunu hesab edir. O, 25 faiz təşkil edir, bunun da 22 faizi fonddan işəgötürənlərə maaş, 3 faizi isə işçilərə ayrılır.

"Gəlirə görə vergi və ƏDV-ni nəzərə alaraq sahibkara daha 25 faiz sosial sığorta ayrılmalarını ödəmək ağırdır", - Məmmədov belə hesab edir.

Onun fikrincə, yüksək vergi yükü qeyri-formal sahənin inkişafına şərait yaradır. "Söhbət yalnız vergi orqanlarında qeydiyyatdan keçməmiş müəssisələrin artmasından getmir, həmçinin ikili mühasibat aparan müəssisələrdən gedir. Bu, ən çox sosial sığorta ayrılmaları ilə əlaqədardır", - deyə konfederasiya rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti