...

Yanvar-mayda Azərbaycanın qiymətli kağızlar bazarının təşkil etdiyi bütün seqmentlər üzrə artım qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2007 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend /2007-ci ilin yanvar-may ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə bağlanılmış əqdlərin ümumi həcmi 1,181,140 mln. manat təşkil edib, bu da ötən ilin müvafiq dövrünün eyni göstəricisini 370,39 faiz üstələyir. Bu barədə BFB-nin məlumatında öildirilib.

Bu sövdələşmələrin 87,13 faizi dövlət qiymətli kağızlarının payına düşüb.

Birja fəallığının artımı mütəşəkkil qiymətli kağızlar bazarının bütün seqmentlərində nəzərə çarpıb. Ən böyük artım (15 dəfəlik artım) səhmlərin təkrar bazarında müşahidə olunub.

Bütün alətlər üzrə BFB-də keçirilmiş hərracların nəticələri üzrə müqayisəli cədvəl

(yanvar-may, 2007)

Bazarın seqmentləri 2007 (31.05.07)AZN 2006(31.05.06)AZN 2006-ci ilə faiz nisbəti
DQİ (AR MN) - (yerləşdirmə) 51.566.329,48 25.227.971,94 204,40%
DQİ (AR MN) - (təkrar bazar) 11.882.352,46 3.599.068,62 330,15%
Notlar (AR MB) - (yerləşdirmə) 579.024.630,50 200.037.062,78 289,46%
Notlar (AR MB) - (təkrar bazar) 63.085.010,72 21.505.143,16 293,35%
Repo əməliyyatlar 323.510.167,24 34.761.911,05 930,65%
Cəmi DQK bazarı 1.029.068.490,40 285.131.157,55 360,91%
Korporativ istiqrazlar - (yerləşdirmə) 16.786.172,19 9.589.268,80 175,05%
Korporativ istiqrazlar - (təkrar bazar) 3.954.532,87 896.349,36 441,18%
Səhmlər - (yerləşdirmə) 91.237.995,80 20.612.530,60 442,63%
Səhmlər - (təkrar bazar) 40.092.777,40 2.660.891,56 1506,74%
Cəmi KQK bazarı 152.071.478,26 33.759.040,32 450,46%
CƏMİ 1.181.139.968,66 318.890.197,87 370,39%
Xəbər lenti

Xəbər lenti