...

Bakıda Azərbaycan-Almaniya biznes-forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2007 15:44 (UTC +04:00)

Azərbaycan, Bak / Trend / İyunun 5-dən 8-dək Bakıda Almaniyanın nümayəndə heyəti səfərdə olacaq. Nümayəndə heyətində rəsmi şəxslər və iş adamları yer alacaq. Bu barədə bazar ertəsi günü İqtisadi İnkişaf Nazirliyinin yaydığı xəbərdə deyilir. Nümayəndə heyətində neft-qaz sektorunda, injiniriq, tikinti materialları, boru və yeyinti məhsulları istehsalı, nəqliyyat və digər sahələrdə çalışan biznesmenlər var.

İkitərəfli əlaqələrinin genişləndiriməsi perspektivlərinin müzakirəsi üçün İqtisadi İnkişaf Nazirliyində görüş keçiriləcək. İyunun 6-da isə Azərbaycan-Almaniya biznes forumunun keçirilməsi planlaşdırılır. Azərbaycandan forumun işində 70 biznesmenin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti