...

İdarə heyətinin sədr müavini: Azərbaycan Milli Bankı Bakıda "Commerz Bank"ın nümayəndəliyinin açılışına ilkin razılığını verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2007 17:18 (UTC +04:00)
İdarə heyətinin sədr müavini: Azərbaycan Milli Bankı Bakıda "Commerz Bank"ın nümayəndəliyinin açılışına ilkin razılığını verib

Azərbaycan, Bakı/müxbir Trend İ.Xəlilova/ Azərbaycanın Milli Bankı (AMB) Almaniyanın "Commerz Bank"ının Bakıda nümayəndəliyinin açılışına ilkin razılığını verib. Bu barədə çərşənbə axşamı Milli Bankın İdarə Heyətinin sədr müavini Rüfət Aslanlı məlumat verib.

Aslanlının sözlərinə görə, bu məsələnin müzakirəsi üzrə artıq ilk görüş baş tutub.

"Biz "Commerz Bank"ın nümayəndəliyinin açılışına razılıq vermişik, lakin "Commerz Bank"dan bununla bağlı Milli Banka rəsmən müraciət etməyi xahiş etmişik", deyə o bildirib.

Banklar haqqında yeni qanuna uyğun olaraq ölkədə xarici bank nümayəndəliyinin açılışına həmçinin AMB-nin icazəsi tələb olunur.

"Commerz Bank" Azərbaycanda nümayəndəliyin açılışı barədə arzusunu mayın sonunda Bakıda Almaniyanın İqtisadiyyat və Texnologiyalar Federal Nazirliyinin Mərkəzi Asiya, Qafqaz ölkələri, Rusiya, Ukrayna, Belarus və Moldova üzrə nümayəndəsi Frank Vayzinq bəyan edib.

"Əsas məsələ qeydiyyatdan keçmək və bu istiqamətdə rəsmi səviyyədə işlərin aparılmasıdır", - deyə Vayzinq bildirib.

Onun fikrincə, irimiqyaslı layihələrin reallaşdırılması və Azərbaycanda iqtisadi inkişaf templəri Almaniya sənayeçiləri və investlorları tərəfindən ölkəyə kapital qoyuluşuna marağı artırır.

Bank sahəsində əməkdaşlıq və həmçinin Azərbaycanda alman banklarının açılışı barədə danışıqlar Avropa Mərkəzi Bankı, Almaniyanın Maliyyə Nazirliyi və Azərbaycanın Milli Bankı arasında aparılır.

Xəbər lenti

Xəbər lenti