Azərbaycan, Bakı /müxbir Trend İ.Xəlilova/ Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0001 bənd möhkəmlənib (0,01 faiz). Ötən həftə orta məzənnə 1 ABŞ dollarına 0,85644 manat səviyyəsində müəyyən olunub.
Manata münasibətdə dolların maksimum məzənnəsi iyunun 11-12-də (1 ABŞ dolları üçün 0,8565 manat), minimum isə iyunun 13-15-də (1 ABŞ dollarına 0,8564 manat) müəyyən olunub.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi | |||
4 iyun | 0,8575 | 11 iyun | 0,8565 |
5 iyun | 0,8571 | 12 iyun | 0,8565 |
6 iyun | 0,8568 | 13 iyun | 0,8564 |
7 iyun | 0,8566 | 14 iyun | 0,8564 |
8 iyun | 0,8566 | 15 iyun | 0,8564 |
Həftə ərzində orta | 0,85692 | Həftə ərzində orta | 0,85644 |
Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0002 bənd (0,02 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dolları üsün 0,85505 manat səviyyədə müəyyən olunub.
Dolların manata münasibətdə maksimum məzənnəsi iyunun 11-13-də (1 ABŞ dollarına 0, 8551 manat), minimum isə iyunun 14-də (1 ABŞ dollarına 0, 8549 manat) müəyyən olunub.
Həftə ərzində BEST-də valytulaşdırma ilə bağlı sövdələşmələr həmin gün həyata keçirilib (T+0): 11 iyunda - 0, 8551 AZN/USD məzənnəsi ilə $5,505 mln., 12 iyunda - 0, 8551 AZN/USD məzənnəsi ilə $8,25 mln., 13 iyunda - 0, 8551 AZN/USD məzənnəsi ilə $7 mln., 14 iyunda - 0, 8549 AZN/USD məzənnəsi ilə $6,316 mln. 15 iyunda bayramla əlaqədər sövdələşmələr olmayıb.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi | |||
4 iyun | 0,8575 | 11 iyun | 0,8565 |
5 iyun | 0,8571 | 12 iyun | 0,8565 |
6 iyun | 0,8568 | 13 iyun | 0,8564 |
7 iyun | 0,8566 | 14 iyun | 0,8564 |
8 iyun | 0,8566 | 15 iyun | 0,8564 |
Həftə ərzində orta | 0,85692 | Həftə ərzində orta | 0,85644 |
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi | |||
4 iyun | 0,8561 | 11 iyun | 0,8551 |
5 iyun | 0,8556 | 12 iyun | 0,8551 |
6 iyun | 0,8556 | 13 iyun | 0,8551 |
7 iyun | 0,8552 | 14 iyun | 0,8549 |
8 iyun | 0,8553 | 15 iyun | - |
Həftə ərzində orta | 0,85556 | Həftə ərzində orta | 0,85505 |
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST bankları tərəfindən müraciətlər təqdim olunmayıb.
Araşdırılan müddət ərzində özəlləşdirmə çeklərinə olan qiymət iki manat azalıb və həftənin əvvəlindən 10 manat təşkil edib.