...

Azərbaycan şirkəti Gürcüstanda mebel istehsalı ilə məşğul olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2007 12:42 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirtsxalia/ Azərbaycanın "Embawood" şirkəti Gürcüstanda məişət və ofis mebellərinin istehsalı ilə məşğul olacaq. Tiflisdə 4-cü beynəlxalq tikinti sərgisi "Georgia Build 2007"-də iştirak edən şirkətin marketinq üzrə meneceri İkin Manafovun jurnalistlərə bildirdiyinə görə, istehsal müəssisəsi Tiflisin əsasən azərbaycanlılar yaşayan Poniçala məntəqəsində yerləşəcək.

İlkin məlumatlara görə, yeni müəssisədə 200 nəfər işlə təmin olunacaq. "Embawood" laminasiya edilmiş DSP-dən istifadə etməklə müxtəlif ağaclardan mebel hazırlamaq niyyətindədir.

Azərbaycan şirkətinin məhsulları əsas etibarı ilə Gürcüstanın orta təbəqəsindən olan əhali üçün nəzərdə tutulub.

"Embawood" şirkəti 1996-cı ildə Azərbaycanda yaradılıb. Şirkətin Gürcüstan (Tiflis), Rusiya (Moskva) və Qazaxıstanda (Almatı) rəsmi nümayəndəlikləri fəaliyyət göstərir.

Qeyd edək ki, Gürcüstanda Avropa standartı səviyyəsində məhsul istehsal edən çoxsaylı mebel sexləri mövcuddur, lakin zavod tipli ciddi bir müəssisə yoxdur.

Xəbər lenti

Xəbər lenti