...

AZPROMO Gürcüstan rayonlarının investisiya imkanlarının Azərbaycanda təqdimatının təşkilinə köməklik göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2007 16:14 (UTC +04:00)

Azərbaycan, Baı/müx. Trend İ.Xəlilova / Gürcüstanın Kvemo-Kartli rayonunun qubernatoru Zurab Melikişvili Azərbaycanın iqtisai inkişaf naziri Heydər Babayevlə görüşündə bildirib ki,Sumqayıt və Rustavi arasında əməkdaşlıq haqqında memorandumun imzalanması gözlənilir. Sənədin Gürcustan nümayəndə heyətinin bu dəfəki səfəri zamanı imzalanacağı gözlənir.

Qonağın sözlərinə görə, müqavilə Azərbaycan və Gürcüstan arasındakı əlaqələrin genişlənməsində böyük rol oynayacaq. Melikişvili Babayevi və Sumqayıt iş adamlarını Rustaviyə dəvət edib.

Nazir yalnız Rustavi ilə deyil, Gürcüstanın digər rayonları ilə də iqtisadi əlaqələrin inkişafını dəstəklədiyini bildirib. Bununla əlaqədar yaxşı olardı ki, Gürcüstanın rayonlarının investisiya imkanlarının Azərbaycanda təqdimatı təşkil olunsun. Azərbaycanın ixrac və investisiyaların genişləndirilməsi fondu (AZPROMO) belə təqdimatların keçirilməsinə dəstəyini bidirib.

Xəbər lenti

Xəbər lenti