...

Naxçıvan MR-də sənayenin əhəmiyyətli dərəcədə inkişafı müşahidə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2007 18:40 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Yanvar-may ayları ərzində Naxçıvan Muxtar Respublikasında (NMR) 47439,2 min manatlıq məhsul istehsal olunub və xidmət göstərilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,4 faiz artıqdır. Bu barədə NMR-in Bakıdakı daimi nümayəndəliyindən məlumat verilib.

Ümumi göstəricinin 64,9 faizi məhsul istehsalı, 35,1 faizi isə göstərilmiş xidmətlərin payına düşüb.

Sənaye istehsalının 0,3 faizi hasilat, 68,2 faizi emal sənayesi, 31,5 faizi isə artımın müvafiq olaraq 19,2 faiz, 62 faiz və 3,1 dəfə təşkil etdiyi elektrik enerjisi və su emalı və paylanılması ilə məşğul olan şirkətlərin payına düşüb.

Sənaye sahəsində özəl sektorun payı 32318,1 min manat, dövlət payı isə 15121,1 min manat təşkil edib. Dövlət sektorunda məhsul istehsalı 2,9 dəfə, özəl sektorda isə 69 faizdən çox artıb.

Bu dövr ərzində sənaye sahəsində işləyən insanların sayı 5779 nəfər təşkil edib ki, bu da 32,6 faiz çoxdur. Hər bir işçinin orta aylıq əmək haqqı 12 faiz artaraq 133,1 manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti