...

İyun ayında brokerlərin renkinqinə Texnika Capital Management rəhbərlik edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2007 20:56 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / İyun ayında dövlət qiymətli kağızlar bazarında (repo-əməliyyatlar bazarı istisna olmaqla) göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqinə 7 müştəriyə 77,024 mln. manat dəyərində broker xidməti göstərimiş Texnika Capital Management başçılıq edib. Bu barədə Bakı Fond Birjasının çərşənbə günü yaydığı məlumatda göstərilib. İkinci yeri birincidən 37,799 mln. manat az, 7 müştəriyə 39,224 mln. manat dəyərində xidmət göstərmiş Standard Capital tutub. Xidmətlərin göstərilməsi üzrə üçüncü yerdə isə 8,101 mln manatla Azeriqazbank qərarlaşıb.

İyun ayında brokerlərin renkinqində birinciliyə iddia edənlərin ötən ayla müqayisəsində vəsaitin həcmi artıb. Iyun ayında broker xidmətlərinin göstərilməsi üzrə liderlik edən məbləğ 53,882 mln. manat təşkil edib. Bundan əlavə iyun ayında bazarın bu sahəsində xidmət göstərən brokerlərin sayı 8-dən 9-a artıb.

2007-ci ilin iyun ayında DQK bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi:

Xidmətlərin həcminə görə yeri Xidmətlərin həcminə görə yeri Brokerlərin adı Müştərilərin sayı Müştərilərin sayı Broker xidmətlərinin məbləği (AZN)
2 1 (^) Texnika Capital Management 6 7 77.023.514,78
1 2 (Ў) Standard Capital 9 7 39.224.035,44
6 3 (^) Azeriqazbank 1 1 8.100.846,42
7 4 (^) Yapi Credi Bank 2 1 6.706.513,54
3 5 (Ў) International Transaction System 1 1 4.021.698,60
4 6 (Ў) UniBank 2 3 3.274.484,60
8 7 (^) "ADB broker" 1 2 2.601.145,64
5 8 (Ў) AtaBank 1 1 507.244,98
- 9 (-) Azerintertreyd OOO 1 1 504.190,00

- May 2007 - İyun 2007

Xəbər lenti

Xəbər lenti