...

Gürcüstan Milli Bankı ilin birinci yarısında Azərbaycana pul köçürmələrinin məbləğini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2007 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.X / Altı ay ərzində Gürcüstandan Azərbaycana müxtəlif elektron pul köçürmə sistemləri ilə 1,9 mln. dollar pul köçürülüb. Gürcüstan Milli Bankından bildiriblər ki, bu, ölkədən köçürülən bütün vəsaitlərin 4,3 faizini təşkil edir.

Bu dövr ərzində Azərbaycandan Gürcüstana 388 min dollar köçürülüb ki, bu da xaricdən Gürcüstana köçürülmüş pul vəsaitlərinin 0,9 faizinə bərabərdir.

Yanvar-iyun ayları ərzində Gürcüstandan xaricə 44 mln. dollar köçürülüb. Bu göstərici ötən ilin müvafiq dövründən 22 mln. dollar azdır. Birinci yerdə Rusiya dayanır. Rusiyaya köçürülən vəsaitlər ümumi pul köçürməsinin 50,5 faizini təşkil edir.

Xaricdən Gürcüstana pul köçürmələri isə 353 mln. dollar olub ki, bu da ötən ilin müvaiq dövründən 134 mln. dollar çoxdur. Ən çox köçürmələr Rusiyadan - 222 mln., ABŞ-dan 48 mln., Avstriyadan 11 mln., İspaniyadan 10,5 mln., Yunanıstandan 8,9 mln. dollar olub.

Rusiya ilə pul köçürməsi dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 75 mln. dollar, yaxud 51 faiz artıb.

Xəbər lenti

Xəbər lenti