...

Nazir müavini: "Dövlət strukturları Azərbaycanda sahibkarlığın inkişafı proqramını nəzərdən keçirirlər"

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2007 12:44 (UTC +04:00)
Nazir müavini: "Dövlət strukturları Azərbaycanda sahibkarlığın inkişafı proqramını nəzərdən keçirirlər"

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova / Azərbaycanın sahibkarlığa yardım üzrə milli fondu dövlətin iqtisadi siyasətinin əsas prioritetidir. Ölkənin iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərovun çərşənbə axşamı verdiyi məlumata görə, Azərbaycanda sahibkarlığın inkişafı proqramı hazırda müzakirə olunur, proqram artıq dövlət strukturlarına paylanıb.

"Biz beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrə diqqət ayırırıq və sahibkarlığa yardım məsələlərində bizimlə əməkdaşlıq edən beynəlxalq strukturlara da müvafiq proqramı göndərmişik" - deyə o bildirib.

Onun sözlərinə görə, artıq bu proqramla bağlı müxtəlif strukturların rəyləri öyrənilir.

"Biz ümid edirik ki, yaxın zamanlarda razılaşdırma prosesini başa çatdıracağıq və proqram lazımı tələblərə cavab verəcək" - deyə Səfərov bildirib.

Xəbər lenti

Xəbər lenti