...

Nazir: Azərbaycanda qüvvədə olan Vergi Məcəlləsi liberaldır (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2007 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Azərbaycanda qüvvədə olan Vergi Məcəlləsi liberaldır. O, Vergilər Nazirliyinə verginin ödənilməməsinə görə sərt tədbirlər görməyə imkan vermir.

Xəzər Işgüzar İnteqrasiya Klubunda (CIBC) çərşənbə günü keçirilən görüşdə Azərbaycanın vergilər naziri Fazil Məmmədov bildirib ki, nazirlik hazırda vergidən yayınan şəxslərə qarşı görülən tədbirlərin sərtləşdirilməsinin vacib olduğunu hesab edir.

Qüvvədə olan Vergilər Məcəlləsinə əsasən, borclu şəxsləri məsuliyyətə nazirlik yox, məhkəmə orqanları cəlb edir.

Nazir həmçinin bu məsələnin parlamentin payız sessiyasında müzakirəsini də istisna etməyib.

Bir çox Avropa ölkələrində borclulara münasibətdə həbslər həyata keçirilir, yaxud da borclu şəxsin yerinə pulu ödəmək hüququna malik olan üçüncü şəxslər mövcud olur. Azərbaycanda isə hələ bu cür təcrübə yoxdur.

Xəbər lenti

Xəbər lenti