...

BVF-in Azərbaycan üzrə nümayəndəsinin səlahiyyət müddəti başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2007 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı daimi nümayəndəsi Bazil Zavoyko fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Azərbayacanı tərk edir. Bu barədə fondun məlumatında göstərilib.

Dörd illik fəaliyyətini yekunlaşdıran Zavoyko ölkəni tərk etməzdən öncə bəyan edib ki, 2005-ci ildən Yoxsulluğun Azaldılması və İqtisadi Artıma Dəstək kredit mexanizmi tərəfindən dəstəklənən iqtisadi proqramın hazırlanmasında və icrasında fəal iştirak etməyindən razı qalıb.

BVF-in yeni daimi nümayəndəsinin payızın sonlarında Bakıya gələcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti