...

Xaçmaz rayonunda vəhşi heyvanların insanlara hücumu nəticəsində dörd uşaq zərər çəkib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2007 20:59 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babaeva/ Azərbaycanın Xaçmaz rayonunda vəhşi heyvanların insanlara hücumu halları artıb. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən çərşənbə axşamı verilən məlumata görə, hər tərəfdən meşə ilə əhatə olunan Qardaşoba kəndinin beş sakininə çaqqaların hücum etməsi halı qeydə alınıb. Zərəçəkənlər (dörd uşaq və bir yaşlı kişi) xəstəxanaya yerləşdirilib.

Dövlət Xidmətindən məlumat veriblər ki, hadisə yerinə baytarlıq xidmətinin əməkdaşları gedib və məsələnin həllinə Xaçmaz rayon icra hakimiyyəti, Ovçular Cəmiyyəti və Səhiyyə Nazirliyi də cəlb olunub.

"Hazırda biz heyvanların insanlara hücumunun artmasının səbəbini müəyyənləşdirməyə çalışırıq", - deyə Dövlət Xidmətindən bildiriblər.

Baytarlıq Xidmətindən bunun səbəbi kimi heyvanların sayının artmasının ola biləcəyi də söylənilib.

Xəbər lenti

Xəbər lenti