...

"AtaBank" ASC filial şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2007 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Bu həftə "AtaBank" ASC-nin Səbail filialı fəaliyyətə başlayıb. Bu barədə bankın yaydığı məlumatda deyilir.

Səbail filialı həm fiziki, həm də hüquqi şəxslər üçün bank xidmətlərinin tam spektrini təqdim edəcək. Buraya depozitlərin qəbulu, kreditlərin verilməsi, plastik kartlar üzrə xidmət, təcili pul köçürmələri, kommunal xidmətlərin ödənilməsi, kassa xidməti və digər bank əməliyyatları daxildir.

Səbail filialı bankın xidmət göstərən sayca 17-ci bölməsidir. Onlardan 8-i respublikanın iri şəhər və rayonlarında yerləşir. Bunlar Gəncə, Xaçmaz, Yevlax, Əli-Bayramlı, Göyçay, Mingəçevir, Lənkəran, Sumqayıt filiallarıdır.

"AtaBank" ASC Bakının inzibati rayonlarında daha 2 filial açmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti