...

ATON eksperti: Rusiya bazarına Moldova şərabının daxil olması qiymətləri aşağı sala bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2007 18:07 (UTC +04:00)
ATON eksperti: Rusiya bazarına Moldova şərabının daxil olması qiymətləri aşağı sala bilər

Azərbaycan, Bakı / Trend / Moldovanın şərab istehsalçılarının Rusiya bazarına daxil olmasına icazə verilməyincə "Moldova-Vin" dövlət agentliyinə spritli içkilərə aksiz markası verilməsinə qadağa barədə Moldova prezidentinin qərarı qüvvədə qalacaq və bu vəziyyət Rusiyada şərab məhsullarının qiymətinə təsir etməyəcək.

ATON investisiya şirkətinin analitik departamentinin iqtisadçısı Vladimir Osakovskinin cümə axşamı bildirdiyinə görə, Moldova prezidentinin belə qərarı bu gün Rusiya bazarında Moldova şərabının olmaması səbəbindən qiymətlərə təsir etməyəcək.

"Moldova şərabının Rusiya bazarına daxil olması qiymətlərin aşağı düşməsinə səbəb ola bilərdi, lakin bu hələ baş vermir" - deyə o bildirib.

Moldova şərabının Rusiyaya ixracı 2006-cı ilin mart ayında bu şərablarda zərərli qatışıqlar aşkar edən Rusiyanın istehlaka nəzarət xidmətinin göstərişi ilə qadağan olunub.

Bir neçə ay ötəndən sonra iki ölkənin prezidentləri şərabın yenidən Moldovadan ixrac olunması barədə razılığa gəlmələrinə baxmayaraq qadağa qüvvədə qalmaqda davam edirdi. 2007-ci il iyulun ortalarında Rusiyanın istehlak üzərində nəzarət xidməti üç istehlakçının, "Vismos", "Kalaraş-Divin" və "Moldova buketi"nin məhsullarının idxalına icazə verib.

"Bu səbədən də Moldova ixracına qoyulan qadağa ilə əlaqədar olaraq digər ölklərdən şərab ixracatının genişlənməsini gözləməyə dəyməz" - deyə Osakovski bildirib. Hazırda Rusiyada şərab bazarı bir il ərzində bir milyard şüşədən çoxdur.

Xəbər lenti

Xəbər lenti