...

Dövlət əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi "Gədəbəy respublika idman kompleksi"nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2007 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Dövlət əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi "Gədəbəy respublika idman kompleksi"nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib.

Məlumatda bildirilir ki, müsabiqədə yerli investorlarla yanaşı xarici investorlar də iştirak edə bilərlər.

İştirak etmək istəyənlər müvafiq sənədləri avqustun 27-nə qədər təqdim etməlidirlər. Müsabiqə avqustun 29-u saat 10:30 keçiriləcək.

"Gədəbəy respublika idman kompleksi"nin nizamnamə kapitalı 164,2 min manat, buraxılan səhmlərin sayı 82,1 min, bir səhmin nominal qiyməti 2 manat, satılan səhmlərin sayı 78,519 manat, səhmlərin ümumi nominal qiyməti 157,038 manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti