...

Avqustun 3-nə BBVB-də birja ticarətinin nəticələri açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2007 19:21 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 3 avqustda USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8521 manat təşkil edib. Bu barədə cümə günü birjanın yaydığı məlumatda göstərilib

BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollarına görə 0,8519 AZN olub. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 980 590 AZN təşkil edib. Sessiyanın yekunlarına görə manatın orta məzənnəsi dollara nisbətən 0,0008 bənd düşüb və 0,8527 AZN təşkil edib.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 2 410 657 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən 0,8518 AZN olub.

Beləliklə hər iki sessiyalarının nəticələrinə görə "Birja Elektron Sistemində Ticarət"in ümumi həcmi USD/AZN aləti üzrə $ 3,98 mln. ABŞ dolları və ya 3 391 247 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 796 min ABŞ dolları düşüb.

Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. AVRO və Rusiya Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,00%, ABŞ dolları üzrə isə illik 15,33% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti