...

İyul ayında dilerlərin renkinqinə UniBank başçılıq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2007 20:57 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / 2007-cı ilin iyul ayında dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istina olmaqla) BFB-nın Analitik şöbəsinin hesablamalarına əsasən, aparılmış əməliyyatların həcminə görə dilerlərin renkinqinə "UniBank" başçılıq edir; şirkət ümumi dəyəri 875,269 mln. AZN olan diler əməliyyatları həyata keçirib. Bu barədə Bakı Fond Birjasının bazar ertəsi yaydığı məlumatında göstərilib. İkinci yeri ümumi həcmi 329.393 mln. manat olan diler əməliyyatları aparmış "YapiKredi Bank Azerbaijan" tutub. Bu göstərici birinci yeri tutan dilerin göstəricisindən 545.876 mln AZN azdır. Aparılmış diler əməliyyatlarının həcminə görə üçüncü yerdə isə 101.796 mln AZN-lə "Azəriqazbank" qərarlaşıb.

İyul ayında dilerlərin renkinqində birinciliyə iddia edən məbləğin səviyyəsi iyun ayı ilə müqayisədə yüksəliv. Belə ki, iyunda aparılmış diler əməliyyatlarının öndə gedən məbləği 33.562 mln. AZN olub. Bundan başqa, iyul ayında əməliyyat aparmış dilerlərin sayı 5-dən 7-yə yüksəlib.

2007-ci il iyul ayı üzrə DQK bazarında aparılmış əməliyyatların həcminə görə dilerlərin renkinqi:

Əməliyyatların həcminə görə yer Əməliyyatların həcminə görə yer Dilerlər Əməliyyatların həcmi (AZN)
2 1 (^) "UniBank" 875.269.128,32
1 2 (Ў) "Yapi Kredi Bank Azerbaijan" 329.393.454,56
- 3 ( - ) "Azəriqazbank" 101.796.022,56
4 4 ( = ) "Bank of Baku" 10.207.908,52
3 5 (Ў) "AzərTürkBank" 6.333.759,82
5 6 (Ў) "AtaBank" 1.499.127,24
- 7 ( - ) "Standard Kapital" 84.960,00

- İyun 2007 - İyul 2007

Xəbər lenti

Xəbər lenti