...

Gəncənin ən iri bazarının fəaliyyəti dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Avqust 2007 14:12 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Bu gün Gəncədə müvəqqəti olaraq "Gəncə Bazar" ASC-nin fəaliyyəti dayandırılıb. Bu barədə ASC-dən məlumat verilib. Bazarın fəaliyyətinin müvəqqəti dayandırılması sanitar-gigiyena qaydalarına riayət olunması səviyyəsinin artırılması və tikinti işlərinin davam etdirilməsi ilə bağlıdır. Bazar iki gündən sonra açılacaq.

Gəncə şəhər gigiyena və epidemiologiya mərkəzinin ərzaq şöbəsinin müdiri Kamil Hüseynov bildirib ki, "Gəncə Bazar"ın iş şəraitinin sanitar-gigiyena qaydalarına uyğun gəlməməsi mərkəzin əməkdaşlarının apardıqları reydlər nəticəsində bəlli olub. Bazarın dam örtüyü yoxdur və ona görə də kənd təsərrüfatı məhsulları günün altında satılır. Tikinti işlərinin aparıldığı yerlərdə süd məhsulları satılır. Hüseynov əlavə edib ki, bazarda sanitar günlərinin keçirilməsi təmin olunacaq.

Xəbər lenti

Xəbər lenti