Azərbaycan, Naxçıvan / " Trend ", müxbir E.Məmmədov/ Yanvar-iyun ayları ərzində Naxçıvan şəhərində təqaüdçülərin 41%-i plastik kartlar əldə edib. Bazar ertəsi Naxçıvan Muxtar Respublikasının Sosial Müdafiə Fondunun Naxçıvan şöbəsindən verilən məlumata görə, ilin sonuna qədər şəhərdə yaşayan bütün təqaüdçülər plastik kartlar əldə edəcəklər.
"Dövlət sosial sığorta sistemində fərdi hesab haqqında" qanuna uyğun olaraq Naxçıvan şəhəri üzrə sığortalanmış 19939 nəfərdən 19138 nəfər və ya 96% uçota alınıb.