Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Azərbaycan hökuməti tikinti şirkətlərinə münasibətdə tikinti faliyyətinə dair qanun layihəsində nəzərdə tutulan hüquqi tədbirləri sərtləşdirməyi planlaşıdırır. Bu barədə cümə axşamı Azərbaycan parlamentinin deputatı, İqtisadi Siyasət Komissiyasının üzvü Vahid Əhmədov məlumat verib.
"Tikinti şirkətlərinə münasibətdə tədbirlərin sərtləşdirilməsi təxminən bir il parlamentdə müzakirə mərhələsində olan qanun layihəsində öz əksini tapacaq. Bu qanunun qəbul olunması prosesinin sürətləndirilməsinə avqustun 28-i Bakıda baş verən hadisə (tikilməkdə olan binanın uçması) səbəb olub" - deyə parlamentin deputatı bildirib.
Avqustun 28-də paytaxtın mərkəzi küçələrindən birində tikilməkdə olan 16 mərtəbəli bina uçub. Son məlumatlara görə 12 nəfər ölüb, 4 nəfər yaralınıb.
Əhmədov qeyd edib ki, "Tikinti fəaliyəti haqqında" qanunun qəbul edilməsinin ləngiməsi tikinti işlərinin detalları ilə bağlı olan çətinliklərdir.
Hazırda Azərbaycanda tikinti işləri "Şəhərsalma haqqında", "İnvestisiyalar haqqında" qanunla və müxtəlif vaxtlarda hökumət tərəfindən tətbiq olunan normati-hüquqi aktlarla tənzimlənir.