...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2007 12:22 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan,Bakı/ Trend , müxbir İ.Xəlilova /Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0007 bənd möhkəmlənib (0,07 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,85272 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi avqustun 27-də (1 ABŞ dolları üçün 0,8526 manat), minimum isə avqustun 29-31-də (1 ABŞ dollarına 0,8526 manat) müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
20avqust 0,8534 27avqust 0,8530
21avqust 0,8532 28avqust 0,8528
22avqust 0,8531 29avqust 0,8526
23avqust 0,8530 30avqust 0,8526
24avqust 0,8530 31avqust 0,8526
Həftə ərzində orta 0,85314 Həftə ərzində orta 0,85272

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0007 bənd (0,07 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,85104 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi avqustun 31-də(1 ABŞ dollarına 0,8516 manat), minimum isə avqustun 29-da (1 ABŞ dollarına 0,8507 manat) müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): avqustun 27-də - 0,8509 AZN/USD məzənnəsi ilə $5,8 mln. avqustun 28-də - 0,8508 AZN/USD məzənnəsi ilə $8,11 mln., avqustun 29-da - 0,8507 AZN/USD məzənnəsi ilə $2,7 mln., avqustun 30-da - 0,8512 AZN/USD məzənnəsi ilə $5,4 mln., avqustun 31-də - 0,8516 AZN/USD məzənnəsi ilə $2.17 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
20avqust 0,8534 27avqust 0,8530
21avqust 0,8532 28avqust 0,8528
22avqust 0,8531 29avqust 0,8526
23avqust 0,8530 30avqust 0,8526
24avqust 0,8530 31avqust 0,8526
Həftə ərzində orta 0,85314 Həftə ərzində orta 0,85272
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
20avqust 0,8519 27avqust 0,8509
21avqust 0,8517 28avqust 0,8508
22avqust 0,8511 29avqust 0,8507
23avqust 0,8510 30avqust 0,8512
24avqusta 0,8515 31avqust 0,8516
Həftə ərzində orta 0,85144 Həftə ərzində orta 0,85104

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb. Bu dövrdə özələşdirmə çeklərinin qiyməti 12 manat səviyyəsində qalıb. Özəlləşdirmə çeklərinin müddəti 1 yanvar 2008-ci ildə bitir.

Xəbər lenti

Xəbər lenti