...

2008-ci ildə Bakıda yeni metro stansiyasının açılması gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2007 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ 2008-ci ilin avqust-sentyabr aylarına qədər Bakıda yeni metro stansiyasının çəkilişi planlaşdırılır. Bu barədə cümə günü Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədov məlumat verib.

Onun sözlərinə görə, 2009-cu ilin sonu, 2010-cu ilin əvvəlinə "Azadlıq" stansiyasının açılması planlaşdırılır. Daha sonra "İnqilab" stansiyasının açılması, "Məşədi Əzizbəyov" və ya "Ulduz" stansiyasına qədər yeni xəttin çəkilişi planlaşdırılır.

Metorpolitenin rəhbəri qeyd edib ki, 2007-ci il noyabrın 8-də Bakı Metorpoliteninin 40 yaşı tamam olacaq və son dövrlər ərzində bir sıra stansiyalarda, xüsusilə "Nizami" stansiyasında bərpa işləri aparılıb.

Əhmədovun sözlərinə görə, normal işləməsi üçün metropolitenə 225 vaqon tələb olunur. Hazırda çatışmayan 30 vaqonun yerinə köhnə vaqonlardan istifadə olunur. "Bu il 25 vaqonun alınması planlaşdırılır ki, bu vaqonların 10-u artıq gətirilib. 2002-ci ildən 2004-cü ilə qədər hər il 25 vaqon olmaqla 75 vaqon alınıb. Gələn il 50 vaqonun alınması planlaşdırılır" - deyə Əhmədov bildirib.

Bakı Metropoliteninin rəhbəri həmçinin qeyd edib ki, hazırda adambaşına düşən nəqliyyat xərcləri 62 qəpik təşkil edir.

Xəbər lenti

Xəbər lenti