...

Azərbaycan respublikanın bir sıra rayonlarının elektrik paylaşdırıcı şəbəkəsinin idarəetməyə verilməsi məqsədilə məsləhətçi cəlb edir

Energetika Materials 15 Sentyabr 2007 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, / Trend / Azərbaycanın Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən verilən məlumata görə, komitə "Sumqayıtelektrikşəbəkə" ASC və "Şəki regional enerji təchizatı" MMC-nin tərkibinə daxil olan elektrik paylaşdırıcı şəbəkələrin idarəetməyə verilməsi üzrə şirkət-məsləhətçinin təyin edilməsi ilə bağlı tender elan edib.

Bu şəbəkələrin idarəetməyə verilməsi ilə bağlı sərəncam Azərbaycan prezidenti İlham Əliyev tərəfindən sentyabrın 7-də verilib. Məsləhətçinin xidmətlərinin ödənilməsi "uğurdan asılı olaraq ödəmə" prinsipi əsasında həyata keçiriləcək. Məsləhətçi idarəetmə ilə bağlı strategiyanı, proses üçün sənədləri hazırlamalı, müəssisələrin sağlamlaşdırılması üçün minimal investisiyaları təyin etməlidir.

Tenderdə iştirak etmək istəyənlər 2007-ci il oktyabrın 17-nə qədər sənədlər toplusunu əldə edə bilərlər. Tenderdə iştirakla bağlı ərizə və digər sənədlər oktyabrın 17-nə qədər, tender təklifləri isə oktyabrın 30-na kimi təqdim olunmalıdır. Tender təkliflərinin aşkarlanması oktyabrın 31-də baş tutacaq.

"Sumqayıtelektrikşəbəkə" ASC-nin daxilinə Sumqayıt şəhərinin, "Şəki regional enerji təchizatı" MMC-nin tərkibinə isə Şəki, Qax, Balakən, Zaqatala və Oğuz rayonlarının (Azərbaycanın şimal-qərb hissəsi) elektrik paylaşdırıcı şəbəkələri daxildir.

Şəbəkələrin idarəyə verilməsi investisiyaların cəlb edilməsi, regional elektrik təchizatı şəbəkələrinin fəaliyyətinin sağlamlaşdırılıması, infrastrukturun restrukturizasiyası, elektrik enerjisi sahəsində ödəmələrin şəffaflığının daha da artırılması və əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirlir.

Əvvəllər isə Sumqayıt şəhərinin elektrik paylaşdırıcı şəbəkələri Türkiyənin "Barmak" şirkətinin idarəsində olub, lakin müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi səbəbindən bu şirkətlə imzalanmış müqavilə pozulub və şəbəkələr dövlətin idarəsinə qaytarılıb. Şəki regional şəbəkələrinin idarəsi ilə isə "Bayva" şirəkti məşğul olub, lakin şirkət investisiya qoymaq üçün maliyyə imkanlarının olmaması səbəbindən şəbəkələri idarə etməkdən imtina edib.

.

Xəbər lenti

Xəbər lenti