Azərbaycan, Bakı / Trend / Böyük Britaniya energetika naziri Malkolm Viks (Malcolm Wicks) Nabucco qaz kəmərinin tikilməsi haqda danışıqlar aparmaq üçün yaxın müddətdə Xəzəryanı regiona səfərə gələcək. Xəbəri bazar ertəsi İngiltərə höküməti xəbər şəbəkəsi yayıb.
Böyük Britaniya energetika naziri Malkolm Viks Türkiyə və xəzəryanı ölkələrə planlaşdırılan səfəri bu bölgədən Avropaya gedəcək qaz xətlərinə lobbiçilik etməkdir.
Britaniyalı diplomat Turkiyə, Türkmənistan və Azərbaycan hökümətləri ilə bilavasitə Avropaya çəkiləcək qaz kəmərlərinin ymumilikdə region üçün olan müsbət cəhətlərini müzakirə edəcək.
"Mən səbirsizliklə bu səfəri gözləyirəm ki, şəxsən bütün məsələləri müzakirə edim və Britaniya və Avropa birliyinin bu layihələrin həyata keçirilməsində hərtərəfli köməyini təklif edim" - deyə britaniyalı nazir qeyd edib. Onun fikrincə, enerji ehtiyatlarının şəffaflığı, stabil və proqnozlaşdırılan investisiya mühiti bu layihələrin tezliklə reallaşmasına imkan yaradacaq.
Viks bildirib ki, artıq fəaliyyətdə olan Bakı-Tiflis-Ceyhan neft kəməri və Cənub Qafqaz boru kəməri qlobal avropa enerji təhlükəsizliyinə öz töhfəsini verməkdədir.
Nabucco layihəsi xəzər və orta asiya qazını Türkiyə, Bolqarıstan, Rumıniya və Macarıstan ərazisilə Vyanada yerləşən Baumqarten paylaşdırıcı stansiyasına çatdırılmasının nəzərdə tutur. Bu layihənin reaalaşdırılması Avropanın Rusiya qazından asıllığını müəyyən səviyyədə azaldacaq.