...

Azərbaycanda mazut və dizel yanacağının istehsalı azalıb

Energetika Materials 18 Sentyabr 2007 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan Dövlətr Neft Şirkətinin tərkibinə daxil olan Heydər Əliyev adına Bakı Neft emalı Zavodu (keçmiş "Azərneftyanacaq) və "Azərneftyağ" yanvar-avqust ayları ərzində 5053,23 min ton neft emal edib.

Azərbaycanın Dövlət Statistika Komitəsindən verilən məlumata görə, avtomobil benzini istehsalı, ötən ilin analoji dövrü ilə müqayisədə ,16,8%, kerosin istehsalı 4,7%, neft-bitum istehsalı 16,3%, nafta istehsalı 55,2% artıb. Mazut, dizel yanacağı və sürtgü yağlarının istehsalı isə aşağı düşüb.

Azərbaycanda 2007-ci ilin yanvar-avqust ayları ərzində neft məhsullarının istehsalı:

Min ton 2007-ci ilin yanvar-avqust ayları 2006-cı ilin yanvar-avqust ayları % Anbar ehtiyatları 01.09.07
Avtomobil benzini 744,9 116,8 18,1
Kerosin 533 104,7 18,4
Yanacaq mazutu 1803,3 88 85
Dizel yanacağı 1407,8 95 38
Neft-bitum 113,3 116,3 1,2
Neftkoks
Sürtgü yağı 38,3 86,5 17
Nafta 373,3 155,2 5,4
Xəbər lenti

Xəbər lenti