...

Nazir: "Bakı-Tbilisi-Odessa-Plotsk-Qdansk neft kəməri layihəsinin həyata keçirilməsi ilə bağlı sənəd prezidentlərin Vilnüs sammitinə hazır olacaq

Energetika Materials 26 Sentyabr 2007 16:49 (UTC +04:00)
Nazir:  "Bakı-Tbilisi-Odessa-Plotsk-Qdansk neft kəməri layihəsinin həyata keçirilməsi ilə bağlı sənəd prezidentlərin Vilnüs sammitinə hazır olacaq

Gürcüstan, Tiflis/ Trend , müxbir N.Kirstsxalia/ Gürcüstan, Azərbaycan, Polşa, Litva və Ukraynanın yüksək vəzifəli şəxsləri çərşənbə günü Tbilisidə Bakı-Tbilisi-Odessa-Plotsk-Qdansk neft kəməri layihəsinin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

Energetika nazirləri səviyyəsində Gürcüstan, Azərbaycan və Polşa təmsil olunub.

Görüşün sonunda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib ki,görüşdə layihənin ölkələrin neft şirkətlərinin əməkdaşlığı səviyyəsində həyata keçirilməsi məsələləri müzakirə olunub.

"Yaradılan konsorsiumda tərəflərin payının müzakirə olunacağı güman edilsə də, görüşdə biz bu məsələyə toxunmadıq",-deyə o söyləyib.

Gürcüstanın energetika naziri Aleksandr Xetaquri bildirib ki, bu ölkələrin dövlət başçılarının Vülnüsdə keçiriləcək energetika sammitində imzalanmaq üçün sənəd hazırlanacaq.

"Bu sənəd kəmərin çəkilməsində ilk addımın atılması və TİƏ hazırlanmasını nəzaıərdə tutur".-deyə o söyləyib.

Gürcü nazir bildirib ki, işçi qrupu səviyyəsində Gürcüstan marşrutu ilə daşınması üçün neftin cəlb olunması barədə müzakirələr aparılır.

"Işçi qrupları trərəfindən hazırlanacaq TİƏ bu məsələləri müəyyənləşdirəcək, bu mərhələdə isə heç nəyi qəti şəkildə söyləmək olmaz",-deyə Xetaquri bildirib.

Xəbər lenti

Xəbər lenti