...

Energetika naziri: " Gürcüstan qaza olan tələbatını Azərbaycandan nəql hesabına ödəyir"

Energetika Materials 17 Oktyabr 2007 17:39 (UTC +04:00)
Energetika naziri: " Gürcüstan qaza olan tələbatını Azərbaycandan nəql hesabına ödəyir"

Gürcustan, Tbilisi / Trend müxbir N. Kirtsxalia/ Gürcüstan təbii qaza olan tələbatını Azərbaycandan nəql hesabına ödəyir, bu barədə jurnalistlərə çərşənbə günü energetka naziri Aleksandr Xetaquri hökumətdə keçirilən iclasın yekunu olaraq məlumat verib.

"Gürcüstan Azərbaycandan nəql olunan qaz hesabına tələbatını tam ödəyir, Rusiyadan isə, yalnız Ermənistana qazın tranziti həyata keçirilir" - deyə nazir bildirib.

Nazirin sözlərinə görə, Gürcüstan və Azərbaycan Azərbaycan qazının qiyməti ilə bağlı danışıqları davam etdirirlər. Hazırda Azərbaycan qazı Tbilisiyə min kubmetr üçün 120 dollara başa gəlir.

Xəbər lenti

Xəbər lenti