...

Azərbaycan Dövlət Neft Şirkəti və "Bulgargaz" əməkdaşılq barədə razılığa gəliblər

Energetika Materials 12 Noyabr 2007 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova / Bazar ertəsi Bakıda Bolqarıstanın baş naziri Sergey Stanişev azərbaycanlı həmkarı Artur Rasizadə ilə görüşündə bildirib ki, Azərbaycanın və Bolqarsıtanın neft-qaz şirkətləri, ARDNŞ və "Bulgargaz" neft və qaz sahəsində əməkdaşlığa dair razılığa gəliblər.

"Bu aspektdə "NABUKKO" qaz layihəsinə də baxılacaq, belə ki, bu layihə təkcə iştirakçı ölkələr üçün deyil, eləcə də, Avropa İttifaqı üçün də prioritet və infrastruktur əhəmiyyətə malikdir" - deyə Stanişev qeyd edib.

Stanişevin fikrincə, "NABUKKO" qaz kəməri təkcə neft və qaz istehsalçıları, Avropa İtiifaqı üçün maraq kəsb etmir, bu layihə gələcəkdə müzakirə olunması planlaşdırılan inrfastruktur layihələrin reallaş dırılması planında da maraqlıdır.

Baş nazir Azərbaycanın qaz layihəsini dəstəklədiyini, Avropada enerji ehtiyatlarının diversifikasiyasını və təhlükəsizliyini təmin etməyə hazır olduğunu bildirib. Rasizadə "NABUKKO"nun iştirakçı dövlətlərinin rəsmi və işgüzar dairələrinin, Bolqarıstanın, eləcə də, Aİ-nin siyasi dəstək göstərməsinin əhəmiyyətini qeyd edib.

"Müəyyən müqavimətə baxmayaraq, Azərbaycan dünya səviyyəli iki layihənin, "Bakı-Tbilisi-Ceyhan" və "Bakı-Tbilisi-Ərzurum" neft-qaz layihələrinin rellaşmasına nail olub ki, bu layihələr, Aİ ölkələri də daxil olmaqla, digər ölkələrə enerji daşınmalarının diversifikasiyasına əsaslanıb" - deyə Azərbaycan hökumətinin başçısı bildirib.

Rasizadənin sözlərinə görə, hazırda Azərbaycanın neft yataqlarının ehtiyatlarının həcmi 1 mlrd. barrel, qaz ehtiyatlarının həcmi isə, 1 trln. kubmetr həcmində qiymətləndirlir.

Dörd min kilometr uzunluğa malik "Nabukko" qaz kəməri Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya ərazisindən keçməklə, Aralıq və Xəzər dənizində hasil olunan qazın Avropaya daşınmasını təmin edəcək. Kəmərin 2011-ci ildə istismara verilməsi planlaşdırılır. Layihənin dəyəri 5 mlrd. avro məbləğində qiymətləndirilir. "Nabukko"nun işlənməsi ilə Avstriyanın OMV, Macarıstanın MOL, Türkiyənin "Botas", Bolqarıstanın "Bulgargaz" və Rumıniyanın "Transqaz" şirkətləri məşğul olur.

Xəbər lenti

Xəbər lenti