...

Azərbaycan Gürcüstana qaz ixracını bərpa edir

Energetika Materials 30 Noyabr 2007 14:11 (UTC +04:00)
Azərbaycan Gürcüstana qaz ixracını bərpa edir

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova / Cümə günü "Azəriqaz" QSC-nin prezidenti Əlixan Məlikovun verdiyi məlumata görə, sabahdan etibarən Azərbaycan Gürcüstana təbii qaz ixracını bərpa edəcək.

"Azəriqaz" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən yataqlarda hasil olunan qazın nəqli ilə məşğuldur.

Məlikovun sözlərinə görə, Gürcüstana sutkada1,3 mln. kubmetr qaz nəql olunacaq.

"2008-ci ildə Gürcüstana nəql edəcəyimiz qazın həcmi hələ müəyyən olunmayıb. Bu məsələyə dekabrda baxılacaq" - deyə Məlikov bildirib.

Xəbər lenti

Xəbər lenti