...

Azərbaycan neftinin qiyməti qalxıb

Energetika Materials 6 Dekabr 2007 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A. Bədəlova/ CİF Augusta neftinin qiyməti dekabrın 5-də $88,12/barr təşkil edib. Cümə axşamı günü artıq 1997-ci ildən bu xammalın hasilatı ilə məşğul olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən verilən məlumatda deyilir ki, çərşənbə günü neftin qiyməti çərşənbə axşamı ilə müqayisədə $0,79/barr. artıb.

Azeri Light növlü neft Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır.

ARDNŞ-dan verilən məlumata görə, FOB Ceyhan neftinin qiyməti dekabrın 5-də $89,47/barr təşkil edib, bu isə ötən qiymətdən $0,98/barr çoxdur.

Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, neftin URAL növünü Novorossiysk limanından satır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URAL şəklində satılır.

Neftin bu növü keyfiyyət və qiymət baxımından Azəbaycan nefindən geri qalır.

URALS neftinin qiyməti dekabrın 5-də $85,25/barr təşkil edib, bu isə ötən qiymətdən $1,23/barr çoxdur.

Şimal dənizində hasil olunan neftin etalon Brent Dated növünün qiyməti dekabrın 5-də $90,33/barr təşkil edib, bu isə ötən qiymətdən $0,69/barr çoxdur.

Xəbər lenti

Xəbər lenti