...

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Energetika Materials 7 Dekabr 2007 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin dekabrın 6-da qiyməti 1 barel üçün 89,28 dollar təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən cümə günü verilən məlumata görə, cümə axşamı neftin qiyməti çərşənbə gününə nisbətdə 1 barel üçün 1,56 dollar aşağı düşüb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın dekabrın 6-da qiyməti 1 barel üçün 87,91 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 1,56 dollar aşağıdır.

Azərbaycan neftin URAL növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Dekabrın 6-da URAL neftinin qiyməti 1 barel üçün 83,58 dollara çatıb. Bu öncəki qiymətdən 1,67 dollar aşağıdır.

Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin dekabrın 6-da qiyməti 1 barel üçün 88,65 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 1,68 dollar aşağıdır.

Xəbər lenti

Xəbər lenti