...

"Böyük səkkizlik" neft gəlirlərinin idarə edilməsinin Azərbaycan modelini müzakirə edəcək

Energetika Materials 11 Dekabr 2007 18:25 (UTC +04:00)
"Böyük səkkizlik" neft gəlirlərinin idarə edilməsinin Azərbaycan modelini müzakirə edəcək

Azərbaycan, Bakı/ " TrendCap ", müxbir Ü.İsmayılova/ "Böyük səkkizlik" ölkələri Almaniyada neft-qaz gəlirlərinin idarə edilməsinin Azərbaycan modelini müzakirə edəcəklər. Bu barədə çərşənbə axşamı İctimai Maliyyələrin Monitorinqi Mərkəzinin (PFMC) rəhbəri İnqilab Əhmədov məlumat verib. Əhmədovun sözlərinə görə, dekabrın 14-də Berlində səkkizliyin iclası keçiriləcək. İclasda qaz satışından əldə olunan gəlirlərin şəffaflığı və qaz sektorunda şəffaflığın təmin edilməsi müzakirə ediləcək. Konfransda Azərbaycanı Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsümov təmsil edəcək. O, neft və qaz gəlirlərinin idarə edilməsinin Azərbaycan modeli haqqında danışacaq. Əhmədov konfransda hasilat sənayesində şəffaflıq üzrə təşəbbüs prosesinə cəlb olunan cəmiyyətin nümayəndəsi kimi iştirak edəcək. Əhmədovun sözlərinə görə, konfransın gedişində qaz hasil edən ölkələrdə şəffaflığın təmin edilməsinə yardım siyasəti hazırlanacaq. "Böyük səkkizlik" - aktual iqtisadi və siyasi məsələlərin nizamlanması üzrə Beynəlxalq Forum dünyanın 8 aparıcı sənaye ölkəsinin nümayəndələrindən ibarətdir. Bu ölkələr Rusiya, Böyük Britaniya, Almaniya, Yaponiya, İtaliya, Kanada, ABŞ və Fransadır. Bu ilin yanvar-noyabrında Azərbaycanda qaz hasilatının ümumi həcmi,demək olar ki, 9 mlrd. kubmetr təşkil edib. Bu, 2006-cı ilin analoji dövründən 2.8 mlrd. kubmetr (46.1 faiz) çoxdur. Ölkədə qaz ,Azərbaycan Dövlət Neft Şirkəti və BP başda olmaqla, beynəlxalq konsorsium tərəfindən "Şahdəniz" yatağından hasil edilir.

Xəbər lenti

Xəbər lenti