Azərbaycan, Bakı / Trend , müxbir V.Şərifov / "Rolls-Royce" və BP Azerbaijan neft şirkətinin Azərbaycandakı dəniz və quru obyektlərində RB211 markalı 28 qaz turbininin quraşdırılmasını nəzərdə tutan 120 mln. funt sterlinq dəyərində müqavilə imzalayıb.
"Rolls-Royce" şirkətinin mətbuat üçün yaydığı açıqlamada bildirilir ki, şirkətin Azərbaycandakı mütəxəssislər qrupu BP-nin dəniz platformalarında və sahil terminalında turbinlərin quraşdırılması ilə məşğul olacaq.
BP "Azəri-Çıraq-Günəşli" dəniz yatağında bir neçə platformadan neft hasil edir. Platformada hasil olunan neft sualtı kəmərlər vasitəsilə Səngəçal qəsəbəsindəki sahil terminalına çatdırılır və oradan da neft kəmərlərinə yüklənir.